Son günlər ölkəmizə qarşı təhdid dolu fikirlər səsləndirən Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli növbəti dəfə cəfəng fikirlərlə gündəmə gəlib.
Axund bu dəfə İranın Azərbaycanla sərhəddə keçirdi hərbi təlimlərə özünəməxsus şəkildə “don geyindirməy”ə çalışıb.
Ərdəbilin dini rəhbəri “İsrail İrana qarşı təxribata əl atmaq üçün Azərbaycana gəlib, SEPAH da öz düşməninə qarşı hərbi təlim keçirir”, – deyə cəfəng fikirlər səsləndirib.
Bəs əslində iki qonşu ölkə arasında bu cür yanlış məlumatların yayılması nəyə hesablanıb?
Ətraflı Baku TV-nin hazırladığı süjetdə izləyə bilərsiniz: