“Azərbaycan və Ermənistan normallaşma əlaqələrinin əsas prinsipləri barədə razılığa gəliblər”.
Bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan “CNN Türk”ə müsahibəsində deyib.
O bildirib ki, əsas məsələlərdən biri dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır:
“Sülhə ən qısa vaxtda nail ola bilərik. Ermənistan siyasi iradəyə sahibdir. Heç bir xarici güc bizi dayandıra, bizə təsir edə bilməz”.
Diplomat əlavə edib ki, Türkiyə və Ermənistan arasında normallaşma əlaqələri İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına da təsir edə bilər.
www.RIA24.az