Pakistanlı ekspert: “Azərbaycan regionun ən populyar və dinamik liderinə çevrildi”

Siyasət

“Azərbaycanın Vətən müharibəsindəki qələbəsi beynəlxalq münasibətlərdə yeni reallığı şərtləndirib”.

Bunu “Report”a müsahibəsində Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

“Azərbaycan, Prezident İlham Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində qələbə qazandı. İlham Əliyev dövründəki hakimiyyət öz rəqiblərini bütün cəbhələrdə üstələdi. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin seçdiyi effektiv strategiyaların haqqını vermək lazımdır. Qələbə sayəsində Azərbaycan regionun ən populyar və dinamik liderinə çevrildi”, – Xalid Teymur Əkrəm deyib.

Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan möhkəm siyasi və iqtisadi tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində effektiv siyasəti davam etdirdi, 44 günlük müharibədə Azərbaycanın qələbəsi isə xalqı daha da birləşdirdi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir