Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu mütləqdir.
Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında deputat Əli Məsimli deyib.
O bildirib ki, Rəqabət Məcəlləsinin qəbul edilməməsi qeyri-neft sektorunun iqtisadiyyatdakı əhəmiyyətini və rolunu azaldır.
Onun sözlərinə görə, Azərbaycanda Bank Məcəlləsi də qəbul edilməlidir.
“Bu, bank sektorunun inkişafına təkan verər, kredit siyasətində müsbət dəyişikliklərə gətirib çıxarar”, – deyə Ə.Məsimli əlavə edib.
Aqşin Kərimov