Martın 13-də Bakıda Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç martın 12-də Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda deyib.
“Sabah biz Bakıda Hökumətlərarası Komissiyanın üçüncü iclasını keçirəcəyik. Xorvatiyanın iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün bu gün axşam Bakıya gələcək. O, Azərbaycanın mədəniyyət naziri (Azərbaycan tərəfdən komissiyanın həmsədri), eləcə də iqtisadiyyat naziri ilə danışıqlar aparacaq”, – deyə səfir əlavə edib.
Qeyd edək ki, Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2021-ci ilin oktyabr ayında Zaqrebdə keçirilib.
www.RIA24.az