Qərbi Azərbaycan Xronikası: Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyirlər – VİDEO

Siyasət


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.

Oxu.Az xəbər verir ki, “Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyirlər” adlı buraxılışda əslən Şörəyel mahalının, Amasiya rayonunun Oxçuoğlu kəndindən olan araşdırmaçı Muxtar Oxçuoğlu ermənilər ilə hayların əsas fərqini üzə çıxarır.

O, saqların adlarını və tarixini hayların necə mənimsəməsinə, Saq və Qamərlərin məskunlaşdığı, qıpçaq və oğuzların birgə yaşadığı Qərbi Azərbaycanda saqların adını yaşadan yer adlarına, eləcə də hayların xristian-türk və erməni, subar irsini necə oğurlamasına aydınlıq gətirir.

Araşdırmaçı həmçinin Ermənistanda parçalanma getdiyini, haylar, yamlar, boşalar və ermənilər arasında gizli münaqişə baş verdiyini, xristian-qıpçaqlara aid qədim kilsələrin dağıdıldığını bildirir.

M.Oxçuoğlu sonda Ermənistanda saq və qıpçaq irsinə qarşı törədilən vandalizmdən, Şirak, Talin, Ani, Ağin adlarının türklərlə bağlılığından söz açır, hayların hind mənşəli, ermənilərin isə türk tayfası olduğunu və buna görə də, erməni qızların hayları vəhşi sayaraq həmişə türkə ərə getmək istədiklərini vurğulayır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir