Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamenti rəhbərinin Qafqazda nizamlanma üzrə baş müşaviri Lui Bono ilə Ermənistan-Azərbaycan danışıqları prosesini müzakirə edib.
Bu barədə Təhlükəsizlik Şurasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar.
Mənbə: TASS
www.RIA24.az