“Mən Paşinyanla bir araya gəlməyə hazıram. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olub və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilib. Mən Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram”.
Bu fikri Prezident İlham Əliyev bu fikri İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində söyləyib.
“Mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək”, – deyə, dövlət başçısı əlavə edib.