Xəbər verdiyimiz kimi, oktyabrın 3-də prezident İlham Əliyev Bərdə və Tərtərə səfər edib.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.
Səfərdən geniş reportaj oktyabrın 4-də təqdim olunacaq.