Azərbaycan Prezidenti: “Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır”

Siyasət

“Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

“Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş və öz ərazi bütövlüyünü, suverenliyin bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiə etmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edib”, – deyə dövlətimizin başçısı bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir