Prezident: “Bizə eşitdirirdilər ki, siz gərək Qarabağı unudasınız”

Siyasət

Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycana edilən təzyiqlərin və təxribatların təməlində Qarabağ amilinin dayandığını bildirib və bununla bağlı bəzi məqamları açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə danışan dövlətimizin başçısı deyib: 

“Prezidentlik dövründə, – mən bunu bir neçə dəfə demişəm, indi hələ vaxt tam yetişməyib ki, mən xalq qarşısında tam mənzərəni açım, – amma belə tezislər var idi ki, bəli, siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız, deməli, Ermənistanla barışasınız, əməkdaşlığa başlayasınız. Neçə dəfə təklif edilirdi ki, Azərbaycan güc tətbiq etməməklə bağlı öhdəlik götürsün öz üzərinə. Mən hər dəfə imtina edirdim, hər dəfə! Sonuncu dəfə Aprel döyüşlərindən sonra Vyana görüşündə”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir