Mövlud Çavuşoğlu ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edib – FOTO

Siyasət

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helqa Şmidlə Qarabağla bağlı son vəziyyəti müzakirə edib.

Bu barədə Çavuşoğlu “Twitter” hesabında yazıb:

“Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibi Helqa Şmidlə Əfqanıstan, Qarabağ və Ukraynadakı son vəziyyəti və ATƏT-dəki islahatı müzakirə etdik”.

Spread the love