Bu ilin ilk üç ayı ərzində 528 Azərbaycan vətəndaşı Almaniyaya gedərək sığınacaq istəyib.
Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.
Qeyd olunub ki, həmin dövrdə 395 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 3,8%-i qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 101 iş üzrə prosessual tamamlamalar barədə qərar qəbul edilib.
Federal idarədən bildirilib ki, yanvar-mart ayları ərzində ümumilikdə 279 Azərbaycan vətəndaşının qaçqın statusu almaqla bağlı müraciətinə mənfi cavab verilib. Onlara ölkəni könüllü tərk etmələri ilə bağlı müraciət olunub. Bəziləri isə edilən xəbərdarlığa baxmayaraq, Almaniyada qanunsuz şəkildə yaşayıblar. Həmin şəxslərin işləri yerli inzibati məhkəmələrə göndərilib.
Məlumata görə, 2024-cü ilin ilk üç ayında ümumilikdə 71 061 xarici ölkə vətəndaşı Almaniyaya gələrək, sığınacaq üçün müraciət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 19,3 faiz artım deməkdir.
www.RIA24.az