Bu il Azərbaycan və Latviyada iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə mədəni tədbirlər keçiriləcək.
Bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov ölkənin mədəniyyət naziri Aqnese Loqina ilə görüşüb.
E.Sultanovun görüş çərçivəsində Azərbaycanın mədəniyyət sahəsində dövlət siyasəti, təşkil olunan beynəlxalq tədbirlər, habelə səfirlik tərəfindən Latviyada həyata keçirilən mədəni layihələr barədə qarşı tərəfi məlumatlandırdığı diqqətə çatdırılıb:
“O, Azərbaycan və Latviya arasında əlaqələrin zəngin tarixə malik olmasını qeyd edib və XX əsrin əvvəlində Azərbaycanda yaşamış latış icmasının fəaliyyətinə toxunub. Görüş zamanı Azərbaycan və Latviya arasında mədəniyyət sahəsində həyata keçirilən fəal əməkdaşlıqdan məmnunluq ifadə olunub, cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə keçiriləcək mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb və əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib”.
11 aprel 2024-cü il tarixində Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviyanın mədəniyyət naziri Aqnese Loqina ilə görüş keçirib.
Elnur Sultanov ölkəmizin mədəniyyət sahəsində dövlət siyasəti, təşkil olunan beynəlxalq tədbirlər, habelə Səfirlik tərəfindən Latviyada… pic.twitter.com/B4xiesr00d
— Azerbaijan in Latvia (@azembassy_lv) April 12, 2024
www.RIA24.az