Rusiyalı ekspert: “Azərbaycana qarşı düşmənçilik erməni xalqına baha başa gəlir”

Siyasət

“Ermənistan inkişaf etmək üçün iqtisadiyyatı ilə məşğul olmalı, Azərbaycanla daim qarşıdurmada olmaq əvəzinə, əməkdaşlıq qurmalıdır. Qonşularla düşmənçilik, nəqliyyat dəhlizlərini bağlı saxlamaq daha çox erməni xalqına baha başa gəlir”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya İqtisad Universitetinin dosenti, politoloq Aleksandr Perenciyev bildirib.

O, Azərbaycanla Ermənistan liderləri arasında yaxın vaxtlarda görüş keçiriləcəyinə ümidvar olduğunu deyib:

“Əvvəla, dövlət sərhədlərinin demarkasiyası barədə qəti qərar verilməli, nəqliyyat yollarının, o cümlədən Zəngəzur dəhlizinin açılmasına dair saziş imzalanmalıdır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir