Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
“Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi. Təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün qardaş Pakistan yanındayıq”, – deyə nazirliyin “Twitter” səhifəsində qeyd edilir.
We’re deeply saddened by news on #earthquake that struck #Pakistan‘s Balochistan province. We present our condolences to the families of the victims of the disaster & wish speedy recovery to all injured. We stand next to brotherly ?? to eliminate consequences of the earthquake.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 7, 2021
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində altısı uşaq olmaqla azı 20 nəfər ölüb, 300-dən çox adam da yaralanıb.