“Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün hazırlıq işləri aparılır”.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın Tehranda diplomatik fəaliyyətini bərpa etmək üçün ilk müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb.
O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın diplomatik nümayəndə heyəti hazırlıq işləri aparmaq üçün Tehrana səfər edib:
“İran və Azərbaycan yekdil fikirdədirlər ki, siyasi əməkdaşlıq digər sahələrdə əməkdaşlıqla paralel inkişaf etməlidir”, – deyə İİR XİN sözçüsü bildirib.
Mənbə: Namehnews.com
www.RIA24.az