Çavuşoğlu: “Ermənistan və Azərbaycan praktik diplomatiyadan istifadə edərək əməkdaşlıq qura bilər”

Siyasət

“Ermənistan və Azərbaycan innovativ düşüncə və praktik diplomatiyadan istifadə edərək əməkdaşlıq qura bilər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetində çıxışı zamanı bildirib.

Çavuşoğlu qeyd edib ki, Sovet İttifaqının dağılmasından sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması yenilikçi bir fikir idi.

“Təşkilat bu gün hələ də bölgədə əməkdaşlığa töhfə verir. Bəlkə də, fərqli problemlərlə üzləşən Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Yunanıstan və Türkiyə kimi ölkələri bir araya gətirən yeganə təşkilatdır. Sadəcə reaktiv diplomatiya əvəzinə yenilikçi düşüncə və praktik diplomatiya yarada bilərik”, – deyə o qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir