Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.