Gürcüstan 3+3 formatında Rusiya ilə birgə iştirakı nəzərdən keçirməyəcək

Siyasət

Gürcüstan Rusiya Federasiyası ilə birlikdə 3+3 formatında iştirak imkanını nəzərdən keçirmir.

Bu barədə Gürcüstan XİN-in rəsmi bəyanatında qeyd olunub.

Gürcüstan XİN-dən qeyd olunub ki, nazir David Zalkalianinin oktyabrın 7-də Birinci kanala müsahibəsi zamanı qeyd etdiyi fikirlər yanlış təqdim olunub.

Gürcüstanın Xarici İşlər Nazirliyi həmçinin ölkənin regionda vacib rol oynadığını da vurğulayıb.

“Burada bizim Asiya ilə Avropanın birləşdirilməsində əhəmiyyətli rol oynayan və Gürcüstanın iqtisadi və siyasi müstəqilliyinə zəmin yaradan strateji vacib layihələrdə iştirakımız nəzərdə tutulur”, – deyə Gürcüstan XİN-dən bildirilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir