Zəncanlı boksçunun etirafı İranda qalmaqal yaratdı: “Hər şeyə görə Azərbaycan Cümhuriyyətinə borcluyam”

Siyasət

Əslən Güney Azərbaycanın Zəncan bölgəsindən olan boksçu Fərşid Rüstəminin açıqlamaları İranda qalmaqala səbəb olub.

“Azad İran” Telegram kanalı xəbər verir ki, o, iştirak etdiyi verilişlərdən birində aparıcının suallarını cavablandırarkən Azərbaycan Cümhuriyyəti və İranda idmançılara verilən dəyəri müqayisə edib.

İdmançının sözlərinə görə, İranda boksla professional qaydada məşğul olmasına baxmayaraq, Azərbaycana gəldikdə məşqçisi Nəriman Abdullayev ona bildirib ki, “sən yumruq atmağı bacarırsan, boksu deyil”. Onun sözlərinə görə, məşqçilər bildiriblər ki, sənin indiyədək uğurlarının səbəbi fiziki olaraq güclü olmağınla bağlıdır, əslində İranda sənə boksun heç bir taktikasını öyrətməyiblər. Bundan sonra isə Fərşid Azərbaycanda boksu yenidən sıfırdan öyrənməyə başlayıb.

Aparıcı daha sonra idmançıya Azərbaycan Cümhuriyyətində idman karyerasını davam etdirməyə görə nə vaxtsa öz-özlüyündə peşman olub-olmadığı ilə bağlı sual verib. O isə əvəzində heç vaxt bunun baş vermədiyini, bütün həyatını Azərbaycan Cümhuriyyətinə borclu olduğunu deyib.

Fərşid daha sonra Azərbaycanla İranda idmançılara verilən dəyəri müqayisə edib. O bildirib ki, əgər Zəncanda qalsaydı, hazırda böyük ehtimalla işsiz-gücsüz bir insan olacaqdı. Azərbaycana gəldikdən sonra isə burada Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin idmançılara göstərdiyi dəstək və qayğı nəticəsində karyerasının inkişaf etdirməklə yanaşı, şəxsi biznes də qura bildiyini, eləcə də bədən tərbiyəsi üzrə doktorluq dərəcəsi aldığını deyib.

Fərşid sonda bildirib ki, İranda yarışlarda udduğu mükafatların (qızıl) dəyəri çox aşağı olub və onlar yalnız yarışlara qatılmaq üçün Tehran- Zəncan yolunu gedib-gəlməyə bəs edib…

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir