Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı

Siyasət

Milli Məclisin iclasında deputat Rüfət Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini tənqid edib.

Oxu.Az-ın məlumatına əsasən, R.Quliyev bildirib:

“Mənə xəstə insanlardan biri müraciət etdi. Ona yardım etməyə çalışdım, agentliyə müraciət etdim. Onlar kömək edəcəklərini bildirdilər”.

Millət vəkili qeyd edib ki, xəstə insana əməliyyatına iki gün qalmış problemlər çıxdığını bildiriblər.

“İki ay müddətində bu agentlik bir problemi həll edə bilmədimi?! Təəssüflər olsun ki, həmin adam bu yaxınlarda vəfat etdi”, – deyə R.Quliyev əlavə edib.

Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin araşdırılmasına ehtiyac var:

“Bu qurum barədə yoxlamalar aparılmalıdır, fəaliyyəti araşdırılmalıdır”.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir