“Azərbaycan səhiyyəsinin idarəetməsində ikibaşlılıq var. İkibaşlı idarəetmə özünü doğrultmur”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, TƏBİB fəaliyyət göstərə bilmir və uğursuz bir quruma çevrilib.
“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlər barədə prezidentə müraciət etmirlər? Bacarmırlarsa, desinlər, xaricdən mütəxəssislər cəlb edilsin”, – deyə Qüdrət Həsənquliyev əlavə edib.
Deputat təklif edib ki, TƏBİB ya Səhiyyə Nazirliyinin tabeliyinə verilsin, ya da Səhiyyə Nazirliyi ləğv olunsun.
Aqşin Kərimov