Hikmət Hacıyev: “Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi” – FOTO

Siyasət

“17 oktyabr 2020-ci ildə şan, şərəf və kədər bir-birinə qarışdı. Erməni qüvvələrinin Füzulidəki əsas qalası darmadağın edildi və şəhər azad olundu”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

“Erməni qüvvələri bədxah və qorxaq şəkildə intiqam əlaməti olaraq yenidən Gəncədəki günahsız mülki əhalini ballistik raketlərlə hədəfə aldı”, – Hikmət Hacıyev qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir