Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı xalqımızı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Türkiyəli səfir bu barədə “Twitter” hesabında paylaşım edib.
“Qardaş Azərbaycanın müstəqilliyinin yenidən qazanılmasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun”, – deyə Cahid Bağcı bildirib.
Türkiyəli səfir həmçinin M.Şəhriyarın şeirindən bir hissəni də paylaşımına əlavə edib:
“Könlüm quşu qanad çalmaz,
Sənsiz bir an, Azərbaycan”.
Kardeş Azerbaycan’ın bağımsızlığının yeniden kazanılmasının 30.yılını canı gönülden kutluyoruz.
Bağımsızlığınız ve kardeşliğimiz ebedi olsun.“Könlüm quşu qanad çalmaz,
Sensiz bir an, Azerbaycan.” (Şehriyar)????? pic.twitter.com/t7JbFgiRNI
— Cahit Bağcı (@CahitBagci) October 18, 2021