Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bununla bağlı təbrik siyasi qurumun “Twitter” hesabında paylaşılıb.
“Can Azərbaycana Müstəqilliyini yenidən qazanmasının 30-cu ildönümü münasibəti ilə ən səmimi arzularımızı diləyirik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, təbrik “TekMilletİkiDevlet” teqi ilə dərc olunub.