Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi – VİDEO

Siyasət

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp xalqımızı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bu barədə britaniyalı səfir “Twitter” hesabında paylaşım edib.

“18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və öz tarixində yeni səhifə açır. Böyük Britaniya və Azərbaycan arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur. Biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq!”, – deyə səfir Azərbaycan dilində təbrik nitqi ilə çıxış edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir