
Bakı. Trend:
Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə mətbuata
bəyanatla çıxış edib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında
paylaşım edilib.
xxx
12:40
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin rəhbərlik etdikləri
nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında
paylaşım edilib.
Bildirilib ki, görüşdə enerji, nəqliyyat, regional əlaqə və
ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi
perspektivləri daxil olmaqla, əməkdaşlığın əsas sahələri müzakirə
edilir.
Vurğulanıb ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq
təhlükəsizlik məsələləri də gündəmin əsas mövzusudur.
xxx
11:07
Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramovun gürcüstanlı həmkarı Maka Boçorişvili ilə ikitərəfli
görüşü başlayıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında
paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli
münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, regional
məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın
dərinləşdirilməsi imkanları müzakirə ediləcək.
Xəbər yenilənəcək