Gürcüstan Azərbaycan səfirliyinə 49 il müddətinə əlavə ərazi ayırıb

Siyasət

Bakı. Trend:

Gürcüstanın baş naziri İrakli Kobaxidze 49 illik müddətə
Tbilisidə Azərbaycan səfirliyinə əlavə 69 kvadrat metr ərazinin
ayrılması barədə sərəncam imzalayıb.

Trend xəbər verir
ki, bu barədə sənəd Gürcüstan hökumətinin saytında dərc olunub.

“Sahəsi 69 kvadratmetr olan, dövlət mülkiyyətində olan və kənd
təsərrüfatı təyinatlı olmayan torpaq sahəsinin Azərbaycan
Respublikasının səfirliyinə 49 illik tikinti hüququ ilə təmənnasız
verilsin”, – sərəncamda qeyd olunur.

Sənəddə səfirliyə ayrılan torpaq sahəsinin kadastr nömrəsi də
göstərilir. Bələdiyyə Xidmətləri İnkişafı Agentliyinin xəritəsinə
əsasən, söhbət Tbilisidəki Qorqasali küçəsində yerləşən diplomatik
nümayəndəliyin yaxınlığındakı kvadrat sahədən gedir.

Spread the love