Prezident İlham Əliyev: Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib

Siyasət

Bakı. Trend:

Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən
problemləri, zəmanənin qabaqcıl ideyalarını və mütərəqqi
fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və
bəşəri dəyərlərin təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında
müstəsna xidmətlər göstərib, azadlıq və müstəqillik kimi xalqımızın
ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib.

Trend xəbər verir ki, bu
fikirlər Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının
yaranmasının 150-ci ildönümü münasibətilə media nümayəndələrinə
təbrik məktubunda yer alıb.

1875-ci il iyulun 22-də böyük maarifçi, naşir Həsən bəy Zərdabi
tərəfindən qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi
həyatın güzgüsü – “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan
milli mətbuatının əsasının qoyulduğunu qeyd edən dövlətimizin
başçısı müraciətində bildirib ki, həmin dövrdə bütün Qafqazda böyük
əks-səda doğuran bu mühüm tarixi hadisə Azərbaycan maarifçilik
hərəkatının inkişafına, milli oyanışa, milli özünüdərkin və düşüncə
azadlığının formalaşmasına təkan verib, mütərəqqi jurnalist,
publisist və ziyalı nəslin yetişməsində əhəmiyyətli rol
oynayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir