“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı qanunu Prezident İlham Əliyev təsdiqləyib.
Dəyişliyə əsasən, qanunun üçüncü maddəsinə bu hissə əlavə edilir:
– sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir.