Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər (FOTO)

Siyasət

Bakı. Trend:

İyulun 22-də Medianın İnkişafı Agentliyi, Audiovizual Şura,
Mətbuat Şurası və bir sıra media rəhbərləri Azərbaycan milli
mətbuatının 150 illik yubileyi ilə bağlı Fəxri xiyabana gələrək Ulu
Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül
dəstələri düzüblər.

Trend xəbər verir
ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Azərbaycan milli mətbuatının banisi, “Əkinçi”
qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və
maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.
Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər
güllər qoyulub, dərin minnətdarlıq hissi ilə böyük mütəfəkkirin
əziz xatirəsi yad edilib.

Eyni zamanda, Zəfər abidəsinin önünə əklil və tər güllər
qoyulub, Vətən müharibəsində canlarını fəda edən şəhidlərin əziz
xatirəsi ehtiramla anılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir