KİV: Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq

Siyasət

Noyabrın 9-da Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq.

Bu barədə məlumatı Ermənistanın aliqmedia.am saytı yazıb.

Bildirilir ki, sənəd Vladimir Putinin vasitəçiliyi və iştirakı İlham Əliyev ilə Nikol Paşinyan tərəfindən imzalanacaq.

Birinci sənəd SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərinə aid xəritələri əsasında İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacağı Ermənistan-Azərbaycan dövlət sərhədinin demilitasiya və demarkasiyasına aiddir.

Baş nazirin müavinləri səviyyəsində son Ermənistan-Rusiya-Azərbaycan görüşü nəticəsində demək olar ki, yekun razılaşmanın əldə edildiyi ikinci sənəd bölgədəki kommunikasiyaların blokdan çıxarılmasına, xüsusilə də Azərbaycanla Naxçıvan arasında yol dəhlizlərinin qurulmasının detallarına işarə edir.

Habelə bildirilir ki, 9 noyabr tarixi xüsusi olaraq seçilib. 2020-ci ilin həmin günü Azərbaycan prezidenti  və Ermənistanın baş naziri Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalayıblar, bununla da hərbi əməliyyatlar dayandırıldı və bir neçə həftə ərzində Ermənistan silahlı qüvvələri geri çəkildi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir