Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib (FOTO)

Siyasət

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin
digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində
Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi
Komitəsinin sədri Haluk Görgünlə görüş keçirilib.

Bildirilib ki, “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi
Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və
strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi
əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının
diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

Görüş zamanı həmçinin ölkələrimiz arasında hərbi əlaqələrin
inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir