İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir.
Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün “Twitter” hesabında yazıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan H.Ə.Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.
جمهوری اسلامی ایران و جمهوری آذربایجان دو همسایه مسلمانند، با مشترکات فراوان. با همکارم آقای جیحون بایرامف در مورد نقشه راه رو به جلوی مناسبات همه جانبه ، گفتگویی صریح ، صمیمی و سازنده داشتیم. روابط دو دولت و دو ملت در سایه احترام متقابل توسعه می یابد.
— H.Amirabdollahian امیرعبداللهیان (@Amirabdolahian) October 23, 2021