İsrail səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Siyasət

Bakı. Trend:

23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki
ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə
qəbul edib.

Trend xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli
diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona
gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə
olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika,
investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub,
əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu
vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq
doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini
dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu
qeyd olunub.

Səfir Corc Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi
fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona
fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Spread the love