Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransındakı bəyanatında səsləndirdiyi fikri özünün “Twitter” səhifəsində paylaşıb.
“Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə işğaldan azad edilən bölgələrin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik”, – Türkiyə dövlət başçısı qeyd edib.
Azerbaycan tüm dünyaya örnek teşkil edecek bir kalkınma modeliyle, işgalden azat edilen bölgeleri geliştirmek için çalışmalarını sürdürüyor.
Türkiye olarak biz de üzerimize düşeni yapmaya, kardeş Azerbaycan’a tüm imkânlarımızla destek olmaya devam edeceğiz. pic.twitter.com/zzuM5JjuNN
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 26, 2021