Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır (FOTO/VİDEO)

Siyasət

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət
Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və
“Gilan”ın dəstəyi ilə bu gün, iyulun 24-də axşam saatlarında XIV
Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Gözəl bir
ənənəyə çevrilən festival iyulun 29-dək davam edəcək. Dahi bəstəkar
Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçiriləcək
festivalda Azərbaycandan və xarici ölkələrdən tanınmış ifaçılar,
gənc istedadlar, musiqi kollektivləri iştirak edəcəklər. Festival
çərçivəsində, həmçinin görkəmli musiqi xadimləri Rauf Atakişiyevin
100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də xüsusi konsert
proqramları ilə qeyd ediləcək.

Trend xəbər
verir ki, festivala hazırlıq işləri artıq tam başa çatıb.
Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə
gətirilib.

Proqrama uyğun olaraq, bu gün axşam saat 19:00-da açıq səhnədə
(Qafqaz Resort) XIV Qəbələ Musiqi Festivalının təntənəli açılış
mərasimi olacaq. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Xalq Çalğı
Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, tanınmış
ifaçılar tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış
edəcəklər. Konsert Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr
olunacaq.

Festival günlərində musiqisevərlər, həmçinin “Mercadonegro ”
musiqi qrupunun (Latın Amerikası), Tbilisi Big Band ansamblının
(Gürcüstan), “Ciurlionis” kvartetinin (Litva), həmçinin “Gənclərə
dəstək” layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin, “Detaşe-Sabah” violinoçular ansamblının,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, Bakı
Dövlət Kamera Orkestrinin, tanınmış musiqiçilərin çıxışlarını
izləmək imkanı əldə edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir