
Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bakıya səfərə
gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
Abdisalam Abdi Alinin geniş tərkibdə görüşü keçirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.
Qeyd olunub ki, nazirlər ticarət, enerji, kənd təsərrüfatı,
təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi
imkanlarını müzakirə ediblər.
“BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq da vurğulanıb.
Bu və son yüksək səviyyəli səfərlər və imzalanmış sazişlər
ölkələrimiz arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini
göstərir”, – XİN-dən bildirilib.
xxx
11:57
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə
gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
Abdisalam Abdi Alini qarşılayıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.
Qeyd edilib ki, nazirlər ikitərəfli münasibətlər, regional
proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə
fikir mübadiləsi aparırlar.
Xəbər yenilənəcək