
Bakı. Trend:
Biz dost Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf
etdirilməsindən olduqca məmnunuq.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə bu gün Bakıda
keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bundan əvəl baş tutan qarşılıqlı səfərləri və
razılaşdırılan sazişlərdən söz açıb:
“Ötən aylarda da bir çox qarşılıqlı səfərlər olub.
Uzun illər ərzində beynəlxalq təşkilat çərçivəsində iki ölkə
arasında çox faydalı qarşılıqlı hörmət əsasında münasibətər inkişaf
edir.
Uzun illər ərzində Somali Ermənistanın Azərbaycana qarşı
təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində
yaradılan təmas qrupunun üzvüdür. Azərbaycan Somalinin ərazi
bütövlüyünə və suverenliyinə hər zaman öz dəstəyini
əsirgəməyib.
Somalidən olan dostlarımız Qoşulmama Hərəkatındakı
fəaliyyətimizə öz dəstəklərini göstəriblər.
Ötən ik Azərbaycanın COP29 prezidentliyi kontekstində də çox sıx
tərəfdaşlıq olub.
Ötən ik çoxrəqabətli şəkildə BMT-nin TŞ-nin 2025-2026-cı illər
üçün qeyri-daimi üzvlüyünə seçilən seçkilərdə qalib gəlib.
Azərbaycan da birmənalı şəkildə öz dəstəyini göstərib”.

