Azərbaycan neft və enerji sektorunu genişləndirməkdə Somaliyə kömək göstərməyə hazırdır – Nazir

Siyasət

Bakı. Trend:

Azərbaycan neft və enerji sektorunu genişləndirməkdə Somaliyə
kömək göstərməyə hazırdır.

Trend xəbər
verir ki, bunu Somali Federativ Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla bu gün Bakıda
keçirdiyi birgə mətbuat konfransında deyib.

“Çox məhsuldar görüşümüz oldu. İkinci dəfədir ki, biz Bakıda
görüşürük. Azərbaycan xalqına qonaqpərvərliyinə görə çox təşəkkür
edirəm.

Bu ilin əvvəlində Somali Prezidenti Azərbaycana səfər etmişdi.
Nümayəndə heyəti Anlaşma Memorandumu imzalamaq üçün Bakıya
gəlmişdi.

Həmkarımla təhsil sahəsinə dair müzakirələr apardıq. Eyni
zamanda, müdafiə və təhlükəsizlik sahəsində çox yaxşı əlaqələrimiz
mövcuddur. Strateji tərəfdaşlıq münasibətlərimiz mövcuddur.
Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirməyi arzu
edirik.

Azərbaycan neft ehtiyatları ilə məşhurdur. Azərbaycan neft və
enerji sektorunu genişləndirməkdə Somaliyə köməklik göstərməyə
hazırdır.

Somali Prezidenti burada olanda ASAN Xidmətə baş çəkmişdi. Bu,
fövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi
üçün çox böyük potensialdır. Bizə dəstək gösətrilir ki, öz
ölkəmizdə də bu xidməti göstərə bilək”, – nazir qeyd edib.

Spread the love