
Bakı. Trend:
Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının xarici
işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun
24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Trend xəbər
verir ki, nazir əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın
Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə
əklil qoyub.
Daha sonra Abdisalam Abdi Ali Şəhidlər xiyabanına gedərək
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla
yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.