“ABŞ Cənubi Qafqazda regional əlaqələrin qurulmasında çox maraqlıdır. Bu, həm quru yollara, həm dəmir yoluna, həm də hava nəqliyyatına aiddir. Biz regionun hər üç ölkəsi arasında iqtisadi inkişafı təşviq edən addımları dəstəkləyirik”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erl Litzenberqer Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, bu cür inkişafı dəstəkləyən addımlara töhfəsini versin”, – deyə diplomat sözlərini yekunlaşdırıb.