Türkiyənin Cümhuriyyət Günü Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində də qeyd edilib.
Bu barədə qardaş ölkənin Müdafiə Nazirliyi sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində 29 oktyabr Türkiyənin Cümhuriyyət Günü münasibətilə bayram mərasimi keçirilib.
Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti də iştirak edib.
Karabağ’da görev yapan Türkiye-Rusya Ortak Merkezinde, Azerbaycan ve Rusya Silahlı Kuvvetleri personelinin de katılımıyla 29 Ekim Cumhuriyet Bayramı dolayısıyla kutlama töreni icra edildi. pic.twitter.com/73WNeui2Rc
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 29, 2021