İsrailin Azərbaycandakı səfiri Corc Dik əslən azərbaycanlı müğənni Camila Kamanın (Kama Kamila) İsraildə yayımlanan “X Factor Israel” musiqi yarışmasında çıxışı ilə bağlı paylaşım edib.
Bu barədə o “Twitter” hesabında yazıb.
“Kama Kamila açılış çıxışında Azərbaycana verdiyi qiymətlə münsifləri heyran etdi”, – deyə o, Kama Kamilanın performansı ilə bağlı Baku.TV-nin linkini paylaşımına əlavə edib.