Şuşanı ziyarət etmiş ilk İsrail səfiri olmaq mənim üçün böyük şərəfdir – Corc Dik

Siyasət

Bakı. Trend:

Mənim üçün Şuşa şəhərini ziyarət etmiş və onun əzəmətini şəxsən
görmüş ilk İsrail səfiri olmaq böyük şərəfdir.

Trend xəbər verir
ki, bunu diplomatik missiyasını başa vurması münasibətilə keçirdiyi
brifinqdə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

“Mən dağılmış Füzulidə oldum, Şərqi Zəngəzurun şəfalı
qaynaqlarını, şəhərdə gedən bərpa işlərini, Zəngilan rayonunun
gözəl təbiəti olan Ağalı kəndini, həmçinin, Laçın dağlarının
füsunkar mənzərələrini gördüm”, – deyə o bildirib.

Diplomat Azərbaycanın işğaldan azad olunan ərazilərdə bərpa
işləri üzrə göstərdiyi səylərə hörmət ifadə edib və Bakı ilə
Təl-Əviv arasında möhkəm ikitərəfli münasibətlərin olmasını
vurğulayaraq, ölkəni bu tarixi nailiyyət münasibətilə təbrik
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir