Azərbaycanın səfiri Corctaun Universitetinin rektoruna Qarabağ haqqında kitab verdi

Siyasət

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Corctaun Universitetinin (Georgetown University) Qətər filialının rektoru professor Clyde Wilcox ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, görüşdə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi perspektivləri müzakirə edilib.

Sonda səfir Rəşad İsmayılov Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr etdirilən “Karabakh before and after occupation” adlı kitabı professor Clyde Wilcoxa təqdim edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir