Mənə işgəncələr verildi – 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin əsir götürdüyü azərbaycanlı

Siyasət

Bakı. Trend:

İyulun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə
prosesində ifadə verən zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib
ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı oktyabrın
22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı
qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb.

Trend xəbər
verir ki, o, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu
söyləyib.

Zərərçəkmiş şəxs deyib ki, əsirlikdə olduğu müddətdə sağaldıqdan
sonra işgəncələrə məruz qalıb, o cümlədən sağ ayağının baş barmağı
kəlbətinlə sıxılıb, sifət nahiyəsində yumruq-təpik, ayaq və
qollarına dəyənəklə zərbələr endirilib.

O, dekabrın 14-də Azərbaycana təhvil verilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.