
Bakı. Trend:
2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin
(HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata
keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, uçuşlardan əvvəl şəxsi heyətin nəzəri
bilikləri yoxlanılıb, hərbi pilotlara təlim uçuşunun şərtləri və
təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra helikopterlərə
nəzarət baxışı keçirilib.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə
uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava
kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə
tapşırıqları yerinə yetiriblər.
Təlim-məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirən hərbi
pilotlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra
ediblər.