
Bakı. Trend:
İyulun 25-də ADA Universitetində beşinci “Yüksəliş”
müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
Trend xəbər verir ki,
mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin
sədri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Anar
Ələkbərov, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri Adil
Kərimli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə,
gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi
qrupunun rəhbəri Fərhad Hacıyev, habelə ekspertlər və qaliblər
iştirak ediblər.
Çıxış edənlər “Yüksəliş” müsabiqəsinin ölkədə effektiv
idarəçiliyin təşviqi və yeni nəsil idarəçilərin yetişdirilməsi
baxımından strateji platformaya çevrildiyini vurğulayıblar.
Bildirilib ki, müsabiqə təkcə seçim və qiymətləndirmə
mərhələlərindən ibarət olmayıb, həm də iştirakçılar üçün praktiki
bilik və təcrübə imkanları yaradaraq onların fərdi və peşəkar
inkişafına mühüm töhfə verib.
Tədbirin sonunda beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinə
diplomlar təqdim olunub.
Qeyd edək ki, qaliblər qarşıdakı dövrdə idarəetmə sahəsində daha
geniş imkanlara sahib olmaqla yanaşı, 20 min manat məbləğində pul
mükafatı, həmçinin birillik fərdi Mentorluq proqramından
faydalanmaq imkanı əldə edirlər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis
edilib. Dövlətimizin başçısı beşinci “Yüksəliş” müsabiqəsinin
keçirilməsi ilə bağlı 2024-cü il dekabrın 18-də Sərəncam
imzalayıb.
Xəbər yenilənəcək

